Bu modulda Siz etibarlı alqı-satqı müqaviləsini tərtib etmək üçün nəzərə alınmalı olan amillər və həmin müqaviləni mükəmməl və dəqiq hala gətirmək üçün praktiki tövsiyələrlə tanış olacaqsınız.
Bu modulun xüsusiyyəti alqı-satqı müqaviləsinin tərtib edilməsi ilə bağlı tövsiyələrin sadəcə yerli təcrübəyə deyil, o cümlədən beynəlxalq yanaşmaya əsaslanması, onların nümunələrlə müşayiət edilməsi, və hüquqi jarqondan ibarət olmamasındadır.